...

Kristin Muttonen: Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur

Siyasət Materials 8 Sentyabr 2017 11:50 (UTC +04:00)
Mən Azərbaycana gəlməkdən çox şadam.
Kristin Muttonen: Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur.

Trend-in məlumatına görə, bunu ATƏT-in Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonen deyib.

O bildirib: "Azərbaycana gəlməkdən çox şadam. Bu, ATƏT PA-nın sədri kimi Azərbaycana ilk səfərimdir. Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur, eyni zamanda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə yaxşı əlaqələrimiz var".

Qeyd edək ki, ATƏT PA sədri xanım K.Muttonen sentyabrın 7-də Azərbaycana səfərə gəlib. K.Muttonenin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulur. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti