...

Müdafiə Nazirliyi: Azərbaycan tərəfin atəşkəsi pozması barədə yayılan məlumat yalandır

Siyasət Materials 29 Aprel 2020 19:55 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub:

"Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti