...

Avstriya mətbuatında "Bakı dünyaya sübut etdi ki, Qarabağ münaqişəsi artıq tarixdir" adlı məqalə dərc olunub

Siyasət Materials 2 Noyabr 2022 11:04 (UTC +04:00)
Avstriya mətbuatında "Bakı dünyaya sübut etdi ki, Qarabağ münaqişəsi artıq tarixdir" adlı məqalə dərc olunub

Bakı. Trend:

Avstriyanın dasfazit.at onlayn qəzetində "Bakı dünyaya sübut etdi ki, Qarabağ münaqişəsi artıq tarixdir" adlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilmiş üçtərəfli görüşün yekunları şərh olunub.

Məqalədə qeyd olunur ki, üçtərəfli görüşün yekunu olaraq tərəflər bəyanat qəbul ediblər. Bəyanatdakı əsas məqamlar arasında güc tətbiqindən və ondan istifadə hədələrindən çəkinmək, bütün problemləri yalnız BMT nizamnaməsinə və 1991-ci il Almatı bəyannaməsinə uyğun olaraq suverenliyin tanınması, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı əsasında həll etmək, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üzrə hazırlıq işlərinin aktivləşdirilməsinin vacibliyini tanımaq, əvvəlki fəaliyyət əsasında qarşılıqlı məqbul həllərin araşdırılmasını davam etdirmək, Azərbaycan və Ermənistan ictimaiyyəti, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün müsbət abhavanın formalaşdırılmasının vacibliyini göstərmək olar.

Materialda vurğulanır ki, görüş zamanı Ermənistan tərəfi hər zaman olduğu kimi bu dəfədə yazıq açıqlamaları, guya Azərbaycandan tərəfindən "əzilməsini" göstərməyə çalışdı. Hətta Ermənistan Baş naziri Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, görüşün yekunlarına dair Bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb.

Həmçinin bildirilir ki, bu cəhdlərinin uğursuz olduğunu görən Paşinyan bəyanatın qəbul olunmasına da qarşı çıxmağa çalışıb, lakin erməni baş nazirin bu cəhdi də nəticə verməyib. Yekun olaraq isə bəyanat qəbul olundu.

Məqalədə haqlı olaraq vurğulanır ki, bəyanatda diqqət çəkən əsas məqamlardan birincisi isə "Qarabağ" ifadəsinin işlədilməməsi oldu.

Məqalədə bildirilir ki, müxtəlif yollarla sülh prosesini yubatmağa çalışan Ermənistan Soçi görüşündən düzgün nəticə çıxarmalı və regionda sülhün yaranması üçün sözdə yox, əməldə addımlar atmalıdır. Bu gün sosial-iqtisadi böhran içində çabalayan Ermənistan üçün yeni reallıqları qəbul edib əməkdaşlığa qoşulmaq ən böyük faydalı addım ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti