...

Ermənilər ərazilərimizdə biomüxtəlifliyə ciddi ziyan vurub - AMEA-nın vitse-prezidenti

Siyasət Materials 6 Mart 2023 11:41 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən ekoloji genosidə məruz qalıb və bu da biomüxtəlifliyə ciddi ziyan vurub.

Trend-in məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının bu gün Bakıda keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycan həmin ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər həyata keçirir.

"Biomüxtəliflik Azərbaycan üçün aktual məsələlərdən biridir. Biomüxtəlifliyin qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə Azərbaycanda çox mühüm qanunlar, qərarlar qəbul olunub”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti