...

Səlim Müslümovun vəkilləri məhkəmədən vaxt istədi

Siyasət Materials 17 Aprel 2023 18:25 (UTC +04:00)
Səlim Müslümovun vəkilləri məhkəmədən vaxt istədi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

Trend-in məlumatına görə, təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə vəsatətlə müraciət edərək məhkəmədən vaxt istəyib.

Vəkillər bildirib ki, dəymiş ziyanın tam ödənilməsi üçün müvafiq işlər görülür.

Proses aprelin 28-nə təyin edilib.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur. O, 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti