...

Aprelin 5-də Brüsseldə keçiriləcək görüş regionu gərginlik müstəvisinə daşıma xarakteri alıb - ŞƏRH

Siyasət Materials 27 Mart 2024 13:16 (UTC +04:00)
Aprelin 5-də Brüsseldə keçiriləcək görüş regionu gərginlik müstəvisinə daşıma xarakteri alıb - ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan regionda Qərbin geopolitik planlarının icra vasitəsinə çevrilib. Artıq uzun müddətdir ki, Ermənistan böyük həvəslə bu prosesə qoşulub.

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

"Eyni zamanda, qeyd etməliyik ki, Avropa İttifaqının Ermənistanda yerləşən mülki missiyası, əslində, çox qısamüddətli olmalı idi. Onların fəaliyyəti cəmi 2 ayla məhdudlaşırdı. Vaxt keçdikcə bu missiya iştirakçılarının sayı artırıldı. Artıq 200 nəfərdən çox şəxs burada fəaliyyət göstərir. Bəzi məlumatlara görə, onlar keçmiş xüsusi xidmət orqanlarının əməkdaşları, hərbçilərdir. Yavaş-yavaş bu missiyanın hərbiləşdirilməsi prosesinə başlanılır", - deyə o qeyd edib.

İ.Hüseynov bildirib ki, aprelin 5-də Avropa İttifaqı Komissiyasının rəhbəri, ABŞ Dövlət katibi və Ermənistanın baş naziri arasında Brüsseldə keçiriləcək görüşdə məhz bu missiyanın hərbiləşdirilməsi, eləcə də, Ermənistana müdafiə və təhlükəsizlik zəmanətləri adı altında dəstəyin verilməsi planı müzakirə olunacaq.

"Hətta Paktın imzalanmasına dair ehtimallar var. Bütün bu görüşlər, təmaslar və Ermənistanı silahlandırmağa yönəlmiş bütün fəaliyyət regionu yeni eskalasiya və gərginlik müstəvisinə daşıma xarakteri alıb.

Bu xüsusda Ermənistan yalnız vasitə və əlaltı kimi istifadə olunur. Eyni zamanda, inteqrasiya olunmuş və əməkdaşlıq imkanları çox geniş olan regionu barıt çəlləyinə çevirmək istəyirlər. Qərb tərəfindən Ermənistanın təhlükəsizliyi adı altında Ermənistana silahların verilməsi, müxtəlif təlimatçıların, Ermənistan silahlı qüvvələrini təkmilləşdirməyə yönəlmiş şəxslərin İrəvana gəlməsi regionun təhlükəsizliyini təhdid altında qoyur və Azərbaycan bu görüşləri də, Ermənistan daxilində olan Avropa İttifaqının missiyasının destruktiv fəaliyyətini də qətiyyətlə pisləyir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti