...

1 yanvar 2007-ci il tarixindən Azərbaycanın televiziya və radioları xarici yayım kanallarının retranslyasiyasını dayandıracaqlar

Siyasət Materials 15 Noyabr 2006 15:56 (UTC +04:00)
1 yanvar 2007-ci il tarixindən Azərbaycanın televiziya və radioları xarici yayım kanallarının retranslyasiyasını dayandıracaqlar

1 yanvar 2007-ci il tarixindən bütün yerli televiziya və radiolar öz tezliklərində xarici teleradiokanalların retranslyasiyasını dayandıracaqlar. Trend xəbər verir ki, bu barədə jurnalistlərə noyabrın 15-də Azərbaycan prezidenti İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

Onun sözlərinə görə, belə bir qərar qəbul olunub ki, tezlikləri yerli və xarici kanalların yayımı üçün qarışdırmaq olmaz. Ona görə də xarici teleradiokanallar yerli tezliklərdən çıxarılır. Ə.Həsənov vurğulayıb ki, əgər xarici teleradiokanallar Azərbaycanda yayımlanmaq istədiklərini bildirsələr, o zaman onlara ayrıca tezliklər veriləcək.

Xəbər lenti

Xəbər lenti