...

Azərbaycan ziyalıları Qubadakı kütləvi insan məzarlığına yürüş edəcəklər

Cəmiyyət Materials 14 Dekabr 2007 13:16 (UTC +04:00)

Azərbaycan, Xaçmaz / Trend müxbir A.Qafarov/ Quba rayonundakı kütləvi insan məzarlığına sabah ziyalıların yürüşü baş tutacaq.

2007-ci ilin əvvəllərində Quba rayonunun Qırmızıkənd qəsəbəsində şəhər stadionu tikilərkən kütləvi məzarlıq aşkarlanıb. Azərbaycan alimlərinin və Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspertiza qrupunun araşdırmalarından sonra kütləvi insan məzarlığının ermənilərin 1918-ci ildə törətdiyi soyqrım nəticəsində yarandığı bildirilib. İndiyədək artıq 160 insanın sümükləri aşkarlanıb. Həmin ərazi Quba rayonu dağ yahudilərinin kompakt yaşadığı yerdir. Ona görə də kütləvi insan məzarlığında erməni daşnaklarının qurbanına çevrilmiş onlarla yəhudilərin qalıqları tapılıb.

Trend in bölgə müxbirinin məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun rəhbərlik etdiyi 25 ziyalının iştirakı ilə yürüşdən öncə Quba rayon İcra Hakimiyyətində "Şimal-şərq regionunun tarixi: Müasir durumun inkişaf perspektivləri" mövzusunda elmi konfrans keçiriləcək. Elmi konfransda erməni alimlərinin tarixi saxtalaşdırması faktları da müzakirə ediləcək. Konfransdan sonra ziyalılar kütləvi məzarlığa yürüş edəcək. Yürüşün məqsədi isə ermənilərin soyqrım siyasətini dünyaya çatdırmaqdır.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti