...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstana gedəcək

Cəmiyyət Materials 24 Dekabr 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Gürcüstana səfər edəcək. Bu barədə Trend ə QMİ-dən məlumat verilib.

Dekabrın 25-də II İliyanın Ümumgürcüstan Patriarx-Katolikosu qismində fəaliyyətinin 30 illiyi tamam olur. Paşazadə bu münasibətlə Tbilisidə təşkil olunacaq tədbirdə fəxri qonaq kimi iştirak edəcək.

Məlumata görə, səfər çərçivəsində, Paşazadənin Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti