...

"Böyük dəbilqə" turnirində iştirak edən azərbaycanlı şahmatçı heç-heçə edib

Cəmiyyət Materials 9 Sentyabr 2008 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyada təşkil olunan, "Böyük dəbilqə" adlanan beynəlxalq turnirin 6-cı turunda keçirdiyi görüşü heç-heçə başa vurub.

Bolqarıstandan olan qrossmeyster Veselin Topalovla qarşılaşan Rəcəbov heç-heçə etməklə hesabına bir xal yazdırıb. Bu görüşdən sonra azərbaycanlı şahmatçı beş xalla sonuncu yeri tutur.

Hazırda turnirin lideri hesabında 11 xal olan norveçli Maqnus Karlsendir.

Rəcəbov 7-ci turda hindistanlı Vişvanatan Anandla görüşəcək.

Turnirin mükafat fondu 400 min avrodur. Birinci yeri tutan idmançı 150 min avro mükafat qazanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti