...

Azərbaycan məhkəməsi ana və azyaşlı qızı boğub öldürən şəxsə ömürlük həbs cəzası verib

Cəmiyyət Materials 9 İyul 2009 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir H.Bağırov /

Azərbaycan məhkəməsi qəsdən adamöldürmə və zorlamada təqsirli bilinən şəxsi ömürlük azadlıqdan məhrum edib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə axşamı Trend -a verilən məlumata görə, Bərdə rayonunun Yeni Daşkənd kənd sakini Cəfər Mirzəyevə ömürlük həbs cəzası verilib.

O, ötən il noyabrın 22-də rayonun Alaçadırlı kəndində məskunlaşmış Ağdam rayonundan olan Cəmilə Şükürovanı zaorlayıb, sonra isə boğaraq öldürüb.

Mərhumun azyaşlı qızı Arzu Şükürova hadisəni gördüyü üçün onu da boğaraq qətlə yetirib.

Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Bərdə şəhər polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı dekabrın 9-da saxlanılıb.

Barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.9) və zorlama (149) maddələri ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti