...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ianə siyasətini həyata keçirtmək niyyətindədir - təşkilatın sədri (FOTO)

Cəmiyyət Materials 10 Mart 2010 15:37 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ianə siyasətini həyata keçirtmək, həmçinin, gənclər siyasəti sahəsində fəaliyyətini gücləndirmək niyyətindədir. Bunu çərşənbə günü cəmiyyətin sədri Novruz Aslanov jurnalistlərə deyib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ianə siyasətini həyata keçirtmək niyyətindədir - təşkilatın sədri (FOTO)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ianə siyasətini həyata keçirtmək, həmçinin, gənclər siyasəti sahəsində fəaliyyətini gücləndirmək niyyətindədir. Bunu çərşənbə günü cəmiyyətin sədri Novruz Aslanov jurnalistlərə deyib.

"Öz missiyalarını həyata keçirmək üçün ictimai birliklərə, qeyri-hökumət təşkilatlarına güclü maddi baza lazımdır və mən inanıram ki, bizim ianə siyasətimiz Azərbaycanda böyük vüsət alacaq", - Aslanov bildirib.

1920-ci il martın 10-da general-leytenant Əliağa Şıxlinski tərəfindən yaradılan Qızıl Aypara Cəmiyyətinin hazırda 270 min üzvü, 18 min könüllüsü var.

Qızıl Aypara Cəmiyyəti Azərbaycan cəmiyyətinin həyatında əvəzsiz rol oynayır. Bunu cəmiyyətin 90 illiyinin bayram edilməsi mərasimində Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, bu fəaliyyət İslam tərəfindən də təqdir edilir. Belə ki, İslamda əlillərə, yoxsullara və ehtiyacı olanlara yardımın göstərilməsi alqışlanır.

Tədbir zamanı Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova Qızıl Aypara Cəmiyyətinin Azərbaycan və humanizm naminə öz fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti