...

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Cəmiyyət Materials 16 Mart 2013 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Martın 15-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə Trend-ə şənbə günü Şuradan daxil olan məlumatda deyilir.

İclasda müzakirə edilən başlıca məsələ Mətbuat Şurasının on illik yubileyi olub.

İclasda müzakirə edilən digər məsələ Mətbuat Şurasına yeni üzvlərin qəbulu olub. Müzakirələrdən sonra "Day.az", "Lent.az", "Vesti.az", "Publika.az", "Milli.az", "Gündəlik teleqraf" qəzeti və Azərfoto Agentliyi Şura sıralarına daxil ediliblər.

Toplantıda bildirilib ki, son zamanlar MŞ-yə üzv olmaq istəyən onlayn media vasitələrinin sayı artıb. Belə istəklərin mövcudluğu ümumən onların ciddi informasiya resursu kimi dünyanın qabaqcıl təcrübəsinə əsaslanmış özünütənzimləmə prinsiplərinə söykəndiklərini söyləməyə əsas verir. Bu, eyni zamanda onların həqiqi ictimai missiya daşıdıqlarının, cəmiyyət qarşısındakı məsuliyyətlərini dərk etdiklərinin, jurnalistika dəyərlərinə sadiqliklərinin, fəaliyyətləri ilə ictimai mənafeləri təmin etmək niyyətində olduqlarının sübutudur. Mətbuat Şurası işində bu məramları rəhbər tutan hər bir onlayan media vasitəsini öz sıralarına daxil etməkdə maraqlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti