...

Bakı-Gəncə aviareysi dumanla əlaqədar yubanır

Cəmiyyət Materials 18 Fevral 2014 10:30 (UTC +04:00)
Gəncə şəhərində dumanla əlaqədar Bakı-Gəncə aviareysinin uçuşu yubanır.
Bakı-Gəncə aviareysi dumanla əlaqədar yubanır

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.İsmayılov/

Gəncə şəhərində dumanla əlaqədar Bakı-Gəncə aviareysinin uçuşu yubanır. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Aeroportdan deyildiyi kimi, bu reyslə təyyarə Bakıdan Gəncəyə yerli vaxtla saat 09:55-də uçmalı idi. Lakin duman səbəbindən reysin həyata keçirilməsi yubanır.

Öz növbəsində reysin yubanması təyyarənin Gəncədən uçacağı müddətə də təsir edir. Qrafikə görə, Gəncə-Bakı reysi paytaxta saat 15:25-də daxil olmalı idi.

Aeroportdan bildiriblər: "Hələlik reys saat 10:30-dək ləngiyir. Onun yola düşəcəyi dəqiq vaxt bir az sonra dəqiqləşdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti