...

Azərbaycanda məhkəmə hakimlərinə qarşı növbəti cəza tədbirləri

Cəmiyyət Materials 28 Oktyabr 2014 12:07 (UTC +04:00)
Azərbaycanda məhkəmə hakimləri cəzalandırıldı.
Azərbaycanda məhkəmə hakimlərinə qarşı növbəti cəza tədbirləri

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda məhkəmə hakimləri cəzalandırıldı.

Məhkəmə Hüquq Şurasından Trend-ə bildiriblər ki, Şuranın növbəti iclasında hakimlər barədə başlanılmış intizam icraatlarına baxılıb, məhkəmə aktlarının vaxtında tərtib edilməməsinə, icra intizamının digər kobud pozulması hallarına və süründürməçiliyə yol verməklə, tərəflərin hüquq və mənafelərini təmin etmədiyinə görə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Aqşin Əfəndiyevə töhmət verilib, ağır yol nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən məhkəmə təcrübəsinə və cəza siyasətində ardıcıllığa əməl etmədiyinə və qanunvericiliyin tələblərini pozduğuna görə Siyəzən rayon məhkəməsinin hakimi İlqar Quliyevə irad tutulub.

Eyni zamanda iclasda tərəfləri məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırmadığına, məhkəmə qərarlarını tərəflərə vaxtında göndərmədiyinə və digər pozuntulara yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılı , bəzi kadr məsələlərinə baxılıb.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda insan haqlarının məhkəmə müdafiəsinin daha da təkmilləşdirilməsi, bu sahədə hakimlərin peşəkarlığının artırılması və mövcud problemlərin aradan qaldırılması üzrə qarşıda duran məsələlər diqqətə çatdırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti