Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:20-də yayılıb)
Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilib və Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Nazirin digər əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov təyin edilib.
R.Usubovun başqa bir əmri ilə Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi təyin edilib.
DİN-in mətbuat xidməti hər üç təyinatı təsdiqləyib.
Qeyd edək ki, təyinat barədə ilk xəbəri "Qafqazinfo" yayıb.