...

Parisdə möhtəşəm Muğam gecəsi (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2017 04:50 (UTC +04:00)
26 noyabr 2017-ci il tarixində Azərbaycannın Dostları Assosiasiyasının dəstəyi ilə Parisdə milli muğam ifaçılığımızda özünəməxsus üsluba malik olan Qoçaq Əsgərov və məhşur fransız caz ifaçısı Pyer de Traqomenin rəhbərliyi ilə Muğam-Soul konserti keçirilib
Parisdə möhtəşəm Muğam gecəsi (FOTO)

Bakı. Trend:

26 noyabr 2017-ci il tarixində Azərbaycannın Dostları Assosiasiyasının dəstəyi ilə Parisdə milli muğam ifaçılığımızda özünəməxsus üsluba malik olan Qoçaq Əsgərov və məhşur fransız caz ifaçısı Pyer de Traqomenin rəhbərliyi ilə Muğam-Soul konserti keçirilib.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, mügənniləri səhnədə istedadlı musiqiçilərimiz Elnur Mikayilov (kamança), Kamran Kərimov (nağara) və Vasif Huseynzadə (piano) müşaiyət ediblər.

Konsert gecəsini Azərbaycanın Dostları Asosiasiyasının baş katibi Mirvari Fətəliyeva açaraq Azərbaycanın mənəvi sərvəti sayılan və UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilən Muğam haqqında söhbət açıb. O çıxışında deyib ki, Muğam Azərbaycan xalqının dünyadakı səsi kimi milyonlara yalnız zövq verici musiqi bəxş etmir, həm də milli kimliyimizi və ölkəmizin gerçəklərini olduğu kimi bütün dinləyicilərə çatdırmağa kömək edir.

Daha sonra Sənubər Bağırova, Azərbaycanın tanımmış musiqişünası muğam haqqında geniş məlumat verərək fransız caz ustasının muğam sənətinə olan marağından, layihənin yaranma tarixindən söz açdı. O qeyd etdi ki, milli sərvətimiz olan muğam füsünkar xususiyyəti ilə həmişə şərq musiqisinin mistikasına vurğun musiqisevərləri özünə cəlb edir. Dünyanın hər bir yerində musiqi həvəskarları bu əsrarəngiz və fəlsəfi musiqini sevir və araşdırırlar.

Konsert qrupun 17 noyabr tarixində Felmay italyan disk evinin imzası ilə Mugham Souls - Gochag Askarov & Pierre de Trégomain adlı albomunun Fransada işıq üzü görməsi münasibəti ilə təşkil olunub. Caz aləmi və dünya musiqisinə yeniliklər bəxş edən bu albom dərin mənəvi hisslərlə zəngin olan yaradıcı əməyin bəhrəsidir.

Muğam-Soul müxtəlif mədəniyyətə məxsus olan iki ecazkar səs ustasinın bərabər çalişmasının nətcəsidir. Ilk dəfə muğamı Parisdə Qoçaq Əsgərovun albomlarını dinləyərək kəşf edən Pyer de Treqomen mugamın mistik aləminə heyran olur. O 2016-cı il fevralında mugam sənətini ustanın ozündən öyrənmək üçün Bakıya gedir. Onların görüşü və bərabər çalışmaları o qədər uğurlu olur ki, ətraflarına istedadlı musiqiçiləri toplayaraq milli muğamlarmızdan, şəxsi bəstələrindən və improvizasiyalardan ibarət repertuarla əməkdaşlığa başlayırlar. Caz aləmindən gələn Pier de Treqomen və muğamın sirrlərindən bəhs edən Qoçaq Əsgərovun bərabər ifası ilə, milli musiqimiz yeni bir həyat yaşayır.

Fevral ayında Fransa Institutunun dəstəyi ilə qrupun Bakıda, Yarat müasir Incəsənət mərkəzində ilk konserti və Iyul ayında Parisdə Azərbaycanın Dostları Assosiasiyasının dəvəti ilə daha iki konserti təşkil olunub.

Bir daha musiqiçilərin əsrarəngiz ifaları tamaşıçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Azərbaycannın Dostları Assosiasiyası
Katiblik

Məqalədə:
Xəbər lenti

Xəbər lenti