...

Molla Pənah Vaqif yaradıcılığının Azərbaycan ədəbiyyatında əks sədası

Cəmiyyət Materials 18 Dekabr 2017 13:27 (UTC +04:00)
Gəncədə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinə həsr edilmiş “Molla Pənah Vaqif yaradıcılığının Azərbaycan ədəbiyyatında əks sədası”mövzusunda tədbir keçirilib.
Molla Pənah Vaqif yaradıcılığının Azərbaycan ədəbiyyatında əks sədası

Bakı. Trend:

Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Gəncə regionunun dəstəyi və Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə bölməsinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinə həsr edilmiş “Molla Pənah Vaqif yaradıcılığının Azərbaycan ədəbiyyatında əks sədası”mövzusunda tədbir keçirilib.

AYB Gəncə bölməsindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə AYB Gəncə bölməsinin sədri Xəzangül açıb. O, M.P.Vaqif yaradıcılığı haqqında müfəssəl məlumat verərək bildirib ki, şair Azərbaycan ədəbiyyatında gerçəkliyin inikasını real ştrixlərlə öz əsərlərində elə bədii ifadələrlə işləyib ki, ədəbiyyatımızda inqilabi bir dönüş yaradıb.

Şair və yazıçılardan Aləmzər Əlizadə, Ramiz Təmkin, Ələsgər Əlioğlu, İqbal İsmayılov, İmamverdi Məmmədov, Nadir Ovçu və başqaları Vaqif yaradıcılığı haqqında öz fikirlərini bildiriblər, şairin əsərlərindən nümunələr söyləyiblər.

Sonda tədbir iştirakçıları M.P.Vaqifin kitablarından ibarət sərgiyə baxıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti