...

Bakı Ali Neft Məktəbinin 7 tələbəsi İspaniyada təhsil alacaq

Cəmiyyət Materials 21 Yanvar 2020 11:00 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri 2019-2020-ci tədris ilinin yaz semestrində İspaniyanın Alkala Universitetində 1 semestr müddətinə təhsil alacaqlar.
Bakı Ali Neft Məktəbinin 7 tələbəsi İspaniyada təhsil alacaq

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri 2019-2020-ci tədris ilinin yaz semestrində İspaniyanın Alkala Universitetində 1 semestr müddətinə təhsil alacaqlar. Onların Alkala Universitetində tədris müddəti 21 yanvar - 20 iyun tarixlərini əhatə edəcək.

BANM-dan Trend-ə verilən məlumata əsasən, tələbələr Rəqəmsal elektronika, Mühəndislik mexanikası, Elektrik mühəndisliyi ixtisasları üzrə təhsillərini davam etdirəcəklər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İspaniyaya yola düşən tələbələr və onların valideynləri ilə görüşüb.

Rektor bildirib ki, Bakı Ali Neft Məktəbi İspaniyanın Alkala Universiteti ilə “Erasmus+” Tələbə mübadilə proqramı çərçivəsində sıx əməkdaşlıq edir. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 7 tələbənin İspaniyaya təhsil üçün göndərilməsi BANM-in xarici ölkə və ali təhsil müəssisələri ilə qurduğu genişmiqyaslı əməkdaşlıq əlaqələrinin təzahürüdür. O qeyd edib ki, bu proqram çərçivəsində yaz semestrində digər ölkələrə də tələbələr göndəriləcək. E.Qasımov tələbələrə tövsiyələr verib və onlara uğurlar arzulayıb.

Görüşdə İspaniyada təhsil alacaq tələbələr çıxış edərək xaricdə təhsil almaları üçün yaradılan şəraitə görə Ali Məktəbin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər. Onlar ölkəmizi, milli adət ənənələrimizi və BANM-i İspaniyada uğurla təmsil edəcəklərini vurğulayıblar.

Qeyd edək ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan 3-cü kurs tələbələri Müjgan Hüseynli, Yaqut Bədəlova, Yaqut Şəkizadə, Mahirə Əsədzadə, Ayxan Haqverdiyev, Şəms Əliyeva, Sənan Həsənov İspaniyanın “Alcala de Henares” şəhərinə yola düşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti