...

Paytaxtın bu yolunda sürət həddi endirildi (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2020 09:07 (UTC +04:00)
Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.
Paytaxtın bu yolunda sürət həddi endirildi (FOTO)

Bakı. Trend:

Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur.

Agentlik bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir: "Sürücülərdən xahiş edirik ki, meterioloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər".

Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti