...

Bakı polisi "Əsgərə salam" aksiyasına qoşuldu (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2020 11:02 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Paytaxt polisi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyasına qoşulmaqla Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirib.

Trend-in məlumatına görə, onlar düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizə dəstək verərək birlik nümayiş etdiriblər.

Aksiya Bakı şəhər Baş Polis İdarəsinin bütün idarə və bölmələrində davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti