...

Fransada koronavirusa yoluxan azərbaycanlı səhhətindən danışdı

Cəmiyyət Materials 1 Aprel 2020 09:56 (UTC +04:00)
Bunu Trend-ə açıqlamasında, Fransada koronavirus infeksiyasına yoluxan Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva deyib.
Fransada koronavirusa yoluxan azərbaycanlı səhhətindən danışdı

Bakı. Orxan Cuvarlı - Trend:

Artıq altıncı gündür ki müalicə alıram. Müalicəm on gün davam edəcək.

Bunu Trend-ə açıqlamasında, Fransada koronavirus infeksiyasına yoluxan Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva deyib.

Onun sözlərinə görə, xəstəliyin müxtəlif simptomları artıq səngiməyə başlayıb:

"Məni hazırda ən çox narahat edən şeylər təngnəfəslik, halsızlıq, yorğunluqdur. Ümid edirəm ki, bunlar da tədricən keçib gedəcək. Psixoloji tərəfdən mən çox güclüyəm və inanıram ki, bu virusa qalib gələcəyəm. Qarşılaşdığım müharibə dövrü, gördüyüm çətinliklər buna əsas verir ki, mən belə situasiyalarda panikaya düşməyim, güclü olum. Mən öz daxili gücümə inanıram. Yaxınlarımın, məni tanıyanların diqqəti, qayğısı indiki halda mənim üçün dayaqdır. Özünüzü qoruyun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti