...

Xaçmazın icra başçısı Elnur Rzayev koronavirusa qarşı mübarizədə örnək xidmət göstərən dərzi xanımın fəaliyyətinə öz dəstəyini ifadə edib (FOTO)

Gündəm Materials 2 Aprel 2020 22:10 (UTC +04:00)
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Xaçmaz rayonunda həm yerli dövlət qurumları, həm də müxtəlif əhali qrupları tərəfindən təqdirəlayiq tədbirlər görülür.
Xaçmazın icra başçısı Elnur Rzayev koronavirusa qarşı mübarizədə örnək xidmət göstərən dərzi xanımın fəaliyyətinə öz dəstəyini ifadə edib (FOTO)

Bakı. Trend:

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Xaçmaz rayonunda həm yerli dövlət qurumları, həm də müxtəlif əhali qrupları tərəfindən təqdirəlayiq tədbirlər görülür.

Trend-in məlumatına görə, bunlardan biri də rayonda dərzi kimi fəaliyyət göstərən Aynur Ağabalayevanın nümunəvi addımıdır. Dərzi Aynur Ağabalayeva könüllü şəkildə insanlar üçün tibbi maskaların tikişi ilə məşğul olur.

O, son zamanlar yaşanan maska çatışmamazlığını nəzərə alaraq, fərdi əl əməyi ilə hazırladığı üz maskalarını tikərək, yerli əhali arasında paylamaqla öz dəstəyini ifadə edib.

Qeyd olunmuş bu müsbət təşəbbüsü qiymətləndirmək məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 02.04.2020-ci il tarixində dərzi xanıma baş çəkib. Rayon rəhbəri dərzi xanımın fəaliyyətini müsbət qiymətləndirdiyini bildirərək, bu təşəbbüsün hər kəs tərəfindən alqışla qarşılandığını diqqətə çatdırıb.

İcra başçısı qeyd edib ki, bu həssas dönəmdə hər kəs vətəndaş mövqeyindən çıxış etməli və çox təhlükəli olan infeksiya ilə mübarizə məqsədilə evdə qalmalı, xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidir. Daha sonra dərzi Aynur Ağabalayeva rayon rəhbərinə onun fəaliyyətinə göstərdiyi bu rəğbətə görə minnətdarlıq bildirərək, bu addımın onun gələcək xidmətində həvəsləndirici rol oynayacağını diqqətə çatdırıb. Sonra İcra başçısı tərəfindən gənc dərzi xanıma fəxri fərman, hədiyyələr və maska tikilməsində istifadə olunan zəruri ləvazimatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti