...

DİM: Bu şəxslər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək

Cəmiyyət Materials 1 İyun 2020 11:53 (UTC +04:00)
DİM: Bu şəxslər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, amma indi ali məktəblərə qəbul olmaq istəyənlər mütləq şəkildə iyunda keçiriləcək buraxılış imtahanlarında iştirak etməlidirlər: “Onlar bu imtahanı verməlidirlər ki, ali məktəblərə qəbul müsabiqəsində iştirak edə bilsinlər, amma ali məktəbə qəbul olmaq istəməyənlər sentyabrda da imtahan verə bilərlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti