...

Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

Cəmiyyət Materials 2 İyul 2020 16:52 (UTC +04:00)
Tibbi maska və respiratorların gömrük rüsumundan azad edilməsi müddəti uzadıldı

Bakı. Trend:

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarın müddəti uzadılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, sözügedən qərara edilən dəyişikliyə əsasən, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar gömrük rüsumundan azad edilməsi sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, sözü gedən vasitələrin gömrük rüsumundan azad edilməsi ilə bağlı ilk qərar martın 5-də verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti