...

Paytaxtın Nərimanov rayonunda Aşura mərasiminin keçirilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 30 Avqust 2020 22:17 (UTC +04:00)
Paytaxtın Nərimanov rayonunda Aşura mərasiminin keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Avqustun 30-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxsin Aşura mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, həmin şəxslər Nərimanov Rayon Polis İdarəsinin ərazidə xidmət aparan əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə, 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti