...

Nuridə Allahyarova yeni vəzifəyə təyinat alıb

Cəmiyyət Materials 18 Fevral 2022 09:52 (UTC +04:00)
Nuridə Allahyarova yeni vəzifəyə təyinat alıb

Bakı. Fərid Zöhrabov - Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni sözçü təyin olunub.

Trend xəbər verir ki, Nuridə Allahyarova bu gündən etibarən fəaliyyətini Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri kimi davam etdirəcək.

Qeyd edək ki, N.Allahyarova bu təyinatadək Bakı Dövlət Universiteti, Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Binəqədi Rayon İcra Hakimiyyəti, "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi, ATV, Space, Dövlət Avtomobil Nəqliyyatı Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti