...

Koronavirus xəstələrinin müalicə olunduğu əksər xəstəxanalar demək olar ki, boşdur - Teymur Musayev

Cəmiyyət Materials 9 Aprel 2022 10:56 (UTC +04:00)
Koronavirus xəstələrinin müalicə olunduğu əksər xəstəxanalar demək olar ki, boşdur - Teymur Musayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda koronavirus xəstələrinin müalicə olunduğu əksər xəstəxanalar demək olar ki, boşdur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, gündəlik yoluxma sayları kifayət qədər azalıb.

“Həmçinin, simptomlu xəstələrin sayı da nəzərə çarpacaq dərəcədə aşağı düşüb. Eyni zamanda, xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı da tək-tük olur. Ona görə də əksər xəstəxanalar demək olar ki, boşdur. Xəstəxanalar bağlanmayıb, fəaliyyətlərini dayandırıblar. Bu ənənə pandemiyanın müxtəlif dalğalarında eyni idi. Ümid edək ki, həmin xəstəxanalar elə ehtiyat fondu kimi də qalacaq”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti