...

Doktorantura təhsilinin müasirləşdirilməsi ilə bağlı ciddi zərurət var - Nazir

Cəmiyyət Materials 13 Mart 2023 10:24 (UTC +04:00)
Doktorantura təhsilinin müasirləşdirilməsi ilə bağlı ciddi zərurət var - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Ali təhsil haqqında” qanun layihəsi kifayət qədər əhatəli və ali təhsilin inkişafı ilə bağlı geniş konseptual sənəddir.

Trend-in məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.

E.Əmrullayev bildirib ki, bir sıra məsələlər var ki, həllini tapmalıdır. “Doktorantura təhsilinin müasirləşdirilməsi ilə bağlı ciddi zərurət var. Qanun layihəsində nəzərdə tutulan məsələlərdən biri ikipilləli doktorantura təhsilindən birpilləli səviyyəyə keçilməsi ilə bağlıdır. Bu keçidin elmə təsirini müzakirə etməliyik”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti