Bakı. Trend:
AMEA-nın iki institutunun adının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırılıb.
Trend xəbər verir ki, AMEA-nın Ümumi yığıncağı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu adlandırılması, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun isə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırıb.
Qeyd edək ki, bu gün AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir. Ümumu yığıncaqda bir sıra təşkilati məsələlər müzakirə edilir.