...

Aludəçilikdən qurtulmaq üçün uğursuz cəhdlərə son! - Bakıdakı mərkəz sizi xilas edəcək (FOTO/VİDEO)

Cəmiyyət Materials 3 Yanvar 2024 10:00 (UTC +04:00)

Bakı. Trend:

Artıq 2021-ci ildən ölkəmizdə fəaliyyət göstərən “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” müxtəlif aludəçiliklərdən əziyyət çəkən şəxslərə dost əli uzatmağı özünün əsas missiyası elan edərək yola çıxıb. Mərkəz narkomaniya, qumar, alkoqolizm kimi şəxsin sosial həyatını məhv edən, onun fərdi dünyasının qəsdinə duran, psixoloji olaraq aşağı çəkən bəlalardan xilas olmaq istəyənlərin köməyinə gəlir. Mərkəz peşəkar mütəxəssislərin köməyi ilə yüksək keyfiyyətli psixoloji yardım təklif edir.

Məlum olduğu kimi, müxtəlif asılılıqlardan əziyyət çəkən insanların heç də hamısının mübtəla olduğu bəladan sosial çevrəsi tam olaraq xəbərdar deyil. Mərkəzin təklif etdiyi müqavilədə xüsusi vurğulanan məxfilik prinsipi məhz bu insanlar üçündür. Onlar sosial çevrələrinin xəbərdar olmasından narahatlıq duymadan “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”nin təklif etdiyi xidmətlərdən yararlana bilərlər.
Mərkəz göstərdiyi xidmətlərlə yanaşı, zərurət yarandıqda Bakıdakı ən peşəkar klinikalarda müayinə də təklif edir.

Bundan başqa, “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” bioloji olaraq asılılıqlardan qurtulan insanlara psixoloji olaraq da mütərəqqi üsullarla istər fiziki, istərsə də mənəvi cəhətdən sağlam sosial həyata inteqrasiya vəd edir.

Bildiyimiz kimi, aludəçilik insanların fiziki ehtiyacı olmadığı halda, bir şeyə bağlanmasıdır. Bu, narkotik vasitələr, alkoqol və ya qumar da ola bilər. Aludəçilik get-gedə artan maraqlar zəminində yaranır. Məsələn, narkotikə aludə olan şəxs ona çatmaq üçün hər vasitəyə əl atmağa hazır olur. Ehtiyac hiss etdikcə, bu maddəni əldə etməyi sanki həyatının məqsədi hesab edir, arzusu hasil olmayanda özünə qapanır.

Xilas olmaq istəsələr belə, başqalarının onun vəziyyətindən xəbərdar olmasından çəkinmə halları fərdlərin həyatı üçün təhlükə yaradan bir vəziyyətdir. Alkoqol və siqaret asılılığı kimi sağlamlığa son dərəcə zərərli olan maddə asılılığı da orqanizmə daha tez təsir edir və kifayət qədər ölümcül olur.

Maddə asılılığı olan insanların bütün ailə münasibətləri, sosial mühitləri, iş və məktəb həyatı bu vəziyyətdən ciddi şəkildə təsirlənir. Fərdlər bəzən istifadə etdikləri maddənin onlara zərər verdiyini bilsələr də, bunun qarşısını ala bilmirlər. Bəzi hallarda isə bu insanlar istifadə etdikləri maddənin həyatlarına təsirini dərk etmir və ya buna əhəmiyyət vermirlər.

Tütün, kokain, heroin, morfin, marixuana kimi maddələr aludəçiliyə səbəb olur. Bu maddələr hər bir insanda asılılıq yaradır. İstifadəçinin sağlam bədənə sahib olub-olmamasının və ya ondan çox az istifadə etməsinin fərqi yoxdur, orqanizm maddəni tanıdıqdan sonra onu unutmur və həmişə qəbul etmək istəyir.

Maddə asılılığı insanlarda bir çox əlamətlərlə özünü göstərir. Maddəni istifadə etmədikdə özünü natamam hiss etmək, onu əldə etmək üçün çox səy göstərmək və pul xərcləmək, sosial mühitdən uzaqlaşma, iş və məktəb həyatına mənfi təsirlər, ailə münasibətlərinin pozulması, maddənin sağlamlığına, şəxsi münasibətlərinə, iş və ya məktəb həyatına mənfi təsirlərinin fərqində olsa da, istifadəsini dayandıra bilməmək, maddəni atmaq üçün uğursuz cəhdlər bu qəbildəndir.

Aludəçilik bioloji səbəblərə söykənsə də, buna qurşanmanın səbəbləri müxtəlifdir.

Yaxın birini itirmək, qəzaya düşmək, təcavüz, zorakılığa məruz qalmaq, psixoloji səbəblər, travmatik hadisələr, genetik meyillilik, zəif iradə və ya dostluq əlaqələri aludəçiliyin başlanğıcına səbəb ola bilər.

Aludəçilik birdən-birə ortaya çıxmır. Hər asılı şəxsin bu mərhələlərdən keçməsi eyni deyil, lakin bir çox insanda maddə asılılığının eyni mərhələlərdə meydana çıxdığını müşahidə etmək mümkündür.

Birinci mərhələdə fərdlər həmin maddədən istifadə etməyin heç bir zərəri olmadığını və bir dəfə istifadənin asılılıq yaratmayacağını düşünərək, istifadə edirlər. Bu mərhələdə fərdlər güclü iradəyə malik olduqları üçün maddədən istifadə etsələr də, bir daha istifadə etməyəcəklərini düşünürlər. Maddənin sınanmasında psixoloji problemlər, pis təcrübələr və ya dost mühiti də rol oynayır.

Maddəni bir dəfə istifadə edən şəxs ikinci mərhələdə maddəni istifadə edərkən yaşadıqlarını yenidən yaşamaq istəyir. Bunun səbəbi bəzən yaşanan ağrıları unutmaq və ya maddənin verdiyi müvəqqəti həzzi yaşamaq, bəzən də maddə istifadə edən dostlarından ayrılmaq istəməmək ola bilər. Bu səbəblərdən fərd yenidən həmin maddədən istifadə edir.

Üçüncü mərhələ fərdin tamamilə asılı olduğu mərhələdir. Maddə istifadə edilmədikdə o, mütəmadi olaraq özünə qapanır. Aludəçilik onların həyatına mənfi təsir göstərməyə başlayır.

Asılılıq müalicə edilə bilən bir problemdir. Asılılığın müalicəsi yalnız şəxslərin öz səyləri ilə mümkün deyil. Çünki istifadə edilən maddələrin aludəçilik nisbəti çox yüksəkdir və onlar maddələrdən istifadə etmədikləri zaman özlərinə qapanır və bədbəxtlik duyğusu onlara hakim kəsilir. Buna görə də həmin şəxslərin maddələrdən istifadəni dayandırmaq üçün mütəxəssislərdən və ailələrindən kömək alması çox vacibdir.

Mərkəzdəki psixoterapevtlər (SPR Reabilitasiya Mərkəzinin heyəti) Bakıda ekzistensial reabilitasiyanın ən yeni üsulları ilə işləyirlər. Azərbaycanda yaşamasanız belə, dünyaca məşhur “12 STEPS” terapiya xidmətlərindən istifadə edə bilərsiniz!

Əlaqə nömrəsi: 077 223 43 93, 099 998 33 33

https://spr.az/

https://www.instagram.com/spr_baku/

https://www.facebook.com/sprbaku/

Xəbər lenti

Xəbər lenti