Bakı. Trend:
Bank Respublika rəhbərliyi və əməkdaşları Müşfiqabad qəsəbəsində keçirlən genişmiqyaslı yaşıllaşdırma aksiyasına qoşularaq öz töhfəsini verdi.
Ölkədə meşə fondunun bərpası və yaşıllıqların salınması məqsədi ilə Abşeron rayonu Müşfiqabad qəsəbəsində 50 hektar ərazidə 30 mindən yuxarı iqlimə uyğun müxtəlif növ ağacların əkiləsi və suvarma sisteminin qurulması nəzərdə tutulmuşdur. Aksiya zamanı 1 hektar ərazidə 625 ədəd eldar şamı və zeytun ağacları iştirakçılar tərəfindən əkilmişdir.
Aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir.
Memorandumun məqsədi 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.