Bakı. Trend:
Azərbaycanda apteklərin sayı kifayət qədər çoxdur. Bəlkə, dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur. Hər addımda aptek görürük. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, görünür ki, insanlar vaxtında müraciət edib və lisenziya alıblar:
“Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanuna uyğun olub-olmadığını bilmirəm. Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur”.