...

Aİ-Azərbaycan tərəfdaşlığı gələcəkdə daha məhsuldar ola bilər - Ceyhun Bayramov

Siyasət Materials 25 Aprel 2025 13:32 (UTC +04:00)
Aİ-Azərbaycan tərəfdaşlığı gələcəkdə daha məhsuldar ola bilər - Ceyhun Bayramov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq gələcəkdə daha məhsuldar ola bilər.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə birgə mətbuat konfransı zamanı deyib.

"Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il Aİ ilə ticarət dövriyyəsi təxminən 20 milyard ABŞ dolları təşkil edib.

Mandata əsasən, 2016-cı ildə buraxılmış, yeni hərtərəfli saziş layihəsi üzrə danışıqlar 2017-ci ildə başlamışdır. Uzun illər aparılan danışıqlar nəticəsində sazişin müxtəlif sahələrini əhatə edən məsələlərin təxminən 90 faizi üzrə razılığa gəlmək mümkün olub. Bununla belə, əsasən ticarət və iqtisadiyyatla bağlı bir sıra mövzular üzrə danışıqlar prosesində hələ də açıq suallar qalmaqdadır.

Son illər bu prosesdə müəyyən durğunluq yaranıb. Qarşılıqlı razılığa gəlinib ki, qarşıdakı aylarda hər iki tərəf saziş layihəsi üzrə qalan həll edilməmiş məsələləri yekunlaşdırmaq üçün əməli addımlar atacaq. Eyni zamanda, ötən dövrü, həm regionda, həm də bütövlükdə dünyada mövcud olan yeni reallıqları, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni potensial sahələrini, eləcə də Aİ-nin region və Mərkəzi Asiya üçün yeni planlarını nəzərə alaraq, hesab edirik ki, saziş daha da zənginləşdirilə bilər", - o qeyd edib.

C. Bayramov qeyd edib ki, Azərbaycan uzun illərdir ki, Aİ-nin etibarlı tərəfdaşı olaraq qalır, o cümlədən enerji sektorunda əməkdaşlıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti