...

ABŞ Dövlət Departamenti Azərbaycanla enerji əməkdaşlığını gücləndirmək niyyətindədir (ÖZƏL MÜSAHİBƏ)

Energetika Materials 25 Aprel 2025 08:30 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Azərbaycanla enerji əməkdaşlığını gücləndirmək niyyətindədir (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ştatlar karbohidrogenlər sahəsində Azərbaycanla əməkdaşlığı bundan sonra da gücləndirmək niyyətindədir.

Bunu Trend-ə verdiyi özəl müsahibədə ABŞ dövlət departamentinin Enerji resursları bürosunun baş müşaviri Erik Ceykobs deyib.

O, ABŞ-nin Cənub Qaz Dəhlizinin həm Azərbaycan, həm də bütövlükdə region üçün vacibliyini təsdiq etdiyini vurğulayıb.

“Birləşmiş Ştatlar Cənub Qaz Dəhlizinin və Bakı–Tbilisi–Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsində oynadığı roldan qürur duyur. Biz Avropanın sərfəli, etibarlı və təhlükəsiz enerji ilə təmin olunması məqsədilə avropalı tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə ciddi səylər göstəririk. Enerji tələbatının artmaqda olduğu bir dövrdə qaz əsas amil olaraq qalır və onilliklər ərzində də üstün yanacaq növü olacaq.

Birləşmiş Ştatlar enerji potensialının üzə çıxarılması üçün müttəfiqlər və tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsinə ümid edir. ABŞ hər bir ölkənin inkişaf və rifahı üçün öz resurslarından istifadə etməsi hüququnu dəstəkləyir. ABŞ Amerika biznesi, eləcə də, enerji sektorunun enerji təhlükəsizliyi, iqtisadi artımının gücləndirilməsinə yönəlmiş imkanların müəyyənləşdirilməsi və sürətləndirilməsi üçün əməkdaşlığa açıqdır”, - deyə Ceykobs qeyd edib.

O, eyni zamanda, Azərbaycanın da Birləşmiş Ştatlar kimi zəngin təbii enerji resurslarına malik olduğunu diqqətə çatdırıb.

“ABŞ ikitərəfli münasibətlərimizin genişlənməsi fonunda Azərbaycanla karbohidrogen sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir. Biz enerji potensialının üzə çıxarılması və hər bir ölkənin öz resurslarından inkişaf və rifah məqsədilə istifadə etmək hüququnun təmin olunması istiqamətində Azərbaycanla birgə işə ümid bəsləyirik.

Enerji sərvətlərindən iqtisadi imkanların yaradılması, səhiyyə və təhsil sistemlərinin yaxşılaşdırılması, eləcə də, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi üçün istifadə olunması hər bir məsuliyyətli hökumətin borcudur”, – deyə Ceykobs vurğulayıb.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti