...

Tramp "The Atlantic"in baş redaktoru ilə müsahibəyə razılıq verib

Dünya xəbərləri Materials 25 Aprel 2025 01:36 (UTC +04:00)
Tramp "The Atlantic"in baş redaktoru ilə müsahibəyə razılıq verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp mart ayında Signal messencerində husilərə qarşı zərbələrin müzakirəsi ilə bağlı qalmaqallı məqalə dərc etmiş The Atlantic jurnalının baş redaktoru Ceffri Qoldberqə müsahibə verəcəyini açıqlayıb.

Trend xəbər verir ki, Tramp bu barədə özünün Truth Social sosial şəbəkəsində paylaşım edib.

“Bu gün mən, bütün insanlar arasında, Atlantic jurnalının baş redaktoru və haqqımda, o cümlədən ‘Siqnalqeyt’ daxil olmaqla, bir çox yalan xəbərlərin müəllifi Ceffri Qoldberqlə görüşəcəyəm”, – deyə ABŞ prezidenti yazıb.

O əlavə edib ki, müsahibəni “maraq və özümlə rəqabət naminə” verməyi planlaşdırır. Tramp qeyd edib ki, o, The Atlantic-in həqiqəti əks etdirə biləcək obyektiv media orqanına çevrilməsinin mümkünlüyünü və onun barəsində dürüst hekayə yaza biləcəklərini yoxlamaq istədiyini bildirib.

Xatırladaq ki, martın 24-də Qoldberq bildirmişdi ki, martın 11-də Signal messencerində ABŞ rəsmilərinin Yəməndə husilərə qarşı hərbi zərbələri müzakirə etdiyi gizli söhbətə səhvən əlavə olunub. Nəticədə, jurnalist təsadüfən yüksək vəzifəli ABŞ rəsmilərinin Yəməndəki əməliyyatların detallarını danışdıqlarının şahidi olub. Bu fakt “Siqnalqeyt” adlandırılan qalmaqala səbəb olub.

Xəbər lenti

Xəbər lenti