...

Növbəti günlər Ukrayna danışıqları üçün çox vacib olacaq - Tramp

Dünya xəbərləri Materials 24 Aprel 2025 23:52 (UTC +04:00)
Növbəti günlər Ukrayna danışıqları üçün çox vacib olacaq - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın günlərdə Ukrayna ilə bağlı danışıqlarda mühüm irəliləyiş gözlənilir.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqların gedişi barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz bu müharibəni tez bir zamanda bitirmək istəyirik. Hesab edirəm ki, artıq böyük irəliləyiş əldə etmişik. Yaxın bir neçə gündə baş verəcək hadisələrə baxacağıq. Hazırda aktiv görüşlər keçirilir", – deyə Tramp vurğulayıb.

ABŞ prezidenti həmçinin bildirib ki, həm Moskva, həm də Kiyev tərəfindən qəbul ediləcək sülh sazişinin tezliklə hazırlanacağına əmindir.

Trampın sözlərinə görə, müharibənin sonlandırılması və sülhün bərqərar olunması üçün diplomatik kanallar tam gücü ilə işləyir və Vaşinqton bu prosesdə fəal vasitəçi kimi çıxış edir.

Xəbər lenti

Xəbər lenti