Bakı. Trend:
Futbol üzrə Türkiyə kubokunda ikinci yarımfinal qarşılaşması baş tutub.
Trend-in məlumatına görə, "Trabzonspor" öz meydanında "Göztəpə"ni qəbul edib və rəqibinə 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.
Görüşdə hesab matçın sonlarına yaxın açılıb. 78-ci dəqiqədə Özan Tufan, 89-cu dəqiqədə isə Oleksandr Zubkovun vurduğu qollar "Trabzonspor"a qələbə qazandırıb.
Beləliklə, finalda "Trabzonspor" İstanbul nəhəngi "Qalatasaray"la qarşılaşacaq. Həlledici oyun mayın 14-də Eskişehirdə keçiriləcək.