...

Sülhü qorumaq üçün təpədən dırnağa silahlanmalıyıq - Niderland Kralı

Dünya xəbərləri Materials 25 Aprel 2025 03:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland Kralı Villem-Aleksandr ölkəsinin təhlükəsizliyini təmin etmək üçün silahlanmanın vacib olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə məlumatı “Algemeen Dagblad” qəzeti yayıb.

Monarx çıxışı zamanı vurğulayıb ki, uzun illər azadlıq və sülhün daim davam edəcəyinə inanmaqla arxayınlaşmışıq:

“Biz çox uzun müddət düşünmüşük ki, azadlıq və sülh bizimlə həmişə qalacaq. Lakin bu, belə deyil. Sülhü qorumaq üçün biz həqiqətən hazırlıqlı olmalı və təpədən dırnağa kimi silahlanmalıyıq”, – deyə Kral bildirib.

Kral Villem-Aleksandrın bu açıqlaması Avropada artan təhlükəsizlik narahatlıqları və regional münaqişələr fonunda səsləndirilib. O, həmçinin vurğulayıb ki, sülh yalnız arzu və dualarla deyil, real müdafiə qabiliyyəti ilə təmin olunur.

Xəbər lenti

Xəbər lenti