...

Leroy Sane "Bavariya" ilə yeni müqaviləyə imza atır

İdman Materials 25 Aprel 2025 06:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya millisinin və "Bavariya"nın cinah oyunçusu Leroy Sane Münhen təmsilçisi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Trend xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb.

29 yaşlı futbolçu "Bavariya" ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq yeni razılaşmaya imza atacaq. Yeni müqaviləyə əsasən, Sane illik 10 milyon avro maaş və əlavə olaraq 5 milyon avro bonus əldə edəcək.

Xatırladaq ki, Leroy Sane 2020-ci ildən etibarən "Bavariya"da çıxış edir. O, cari mövsümdə bütün turnirlər üzrə 41 matçda iştirak edərək 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti