...

Cənubi Koreya ABŞ-dən tarif istisnası istəyir

Dünya xəbərləri Materials 25 Aprel 2025 06:24 (UTC +04:00)
Cənubi Koreya ABŞ-dən tarif istisnası istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya ABŞ-dən öz məhsullarına qarşı tətbiq edilən tarif siyasətində istisnalar edilməsini xahiş edib. Bu təklif müqabilində Koreya tərəfi enerji və gəmiqayırma sahələrində əməkdaşlığın genişləndirilməsini təklif edir.

Trend xəbər verir ki, məlumatı Cənubi Koreya Maliyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Vaşinqtonda keçirilən məsləhətləşmələr zamanı Cənubi Koreyanın maliyyə naziri Çxve San Mok və ticarət naziri An Dok Kın, ABŞ-nin maliyyə naziri Skot Bessent və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir ilə görüşüblər. Görüşdə tərəflər ikitərəfli ticarət əlaqələrinin dərinləşdirilməsi yollarını müzakirə ediblər.

Ticarət naziri An Dok Kın Cənubi Koreya məhsullarına tətbiq olunan rüsumlardan azad edilməklə yanaşı, ABŞ-nin gəmiqayırma sənayesinin bərpası və Koreya Respublikasının enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birgə layihələr təklif edib. Müzakirələrin “dostluq şəraitində” keçdiyi qeyd olunub.

Xatırladaq ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya məhsullarına 25 faizlik tarif tətbiq ediləcəyini bildirmişdi. Lakin daha sonra bu rüsumlar 90 gün müddətinə 10 faizədək endirilmişdi. Eyni zamanda, ABŞ administrasiyası aprelin 3-dən etibarən ölkəyə idxal edilən bütün avtomobillərə 25 faiz gömrük rüsumu tətbiq edib.

Xəbər lenti

Xəbər lenti