Bakı. Trend:
Futbol üzrə İtaliya kubokunda ikinci finalçı da müəyyənləşib. "Bolonya" cavab qarşılaşmasında "Empoli"ni qəbul edib.
Trend xəbər verir ki, səfərdə 3:0 hesablı inamlı qələbə qazanan "Bolonya", ev oyununda da üstünlüyünü qoruyub və 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, iki oyunun nəticəsinə əsasən bolonyalılar finala vəsiqə qazanıblar.
Qeyd edək ki, final oyunu 14 may tarixində Romanın "Olimpiko" stadionunda keçiriləcək. "Bolonya" həlledici qarşılaşmada "Milan" ilə üz-üzə gələcək.
23:00. "Bolonya" - "Empoli" - 2:1 (3:0)