...

Rodcer Federer 24 saatlıq "Le Man" yarışına start verəcək

İdman Materials 25 Aprel 2025 02:24 (UTC +04:00)
Rodcer Federer 24 saatlıq "Le Man" yarışına start verəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tennis dünyasının əfsanəsi, 22 dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olmuş isveçrəli Rodcer Federer bu il 14 iyun tarixində start götürəcək 93-cü “24 saat Le Man” avtoyarışının rəsmi startını verəcək.

Trend xəbər verir ki, bu barədə yarışın Mətbuat Xidməti məlumat yayıb.

“Bu əfsanəvi, eyni zamanda çox yorucu olan yarışa start vermək böyük bir şərəfdir. Mən həmişə bu yarış üçün lazım olan hədəfə yönəlmə, dəqiqlik və dözümlülüyə heyran qalmışam. Belə simvolik hadisənin mərkəzində olmaq unudulmaz bir təcrübədir”, – deyə Federerin sözləri Mətbuat Xidməti tərəfindən sitat gətirilib.

Qeyd edək ki, Rodcer Federer peşəkar idman karyerasını 2022-ci ilin sentyabrında Londonda keçirilən Leyver Kubokundakı çıxışı ilə başa vurub.

Xəbər lenti

Xəbər lenti