...

Minlərlə istifadəçi "ChatGPT"də problemlər yaşadığını bildirir

Dünya xəbərləri Materials 25 Aprel 2025 00:54 (UTC +04:00)
Minlərlə istifadəçi "ChatGPT"də problemlər yaşadığını bildirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı istifadəçilər "OpenAI" tərəfindən hazırlanmış "ChatGPT" çatbotunda texniki problemlərlə qarşılaşdıqlarını bildiriblər.

Trend xəbər verir ki, bu barədə məşhur internet xidmətlərinin işinə nəzarət edən "Downdetector" portalı məlumat yayıb.

Son yarım saat ərzində 3 300-dən çox istifadəçi "ChatGPT" platformasında nasazlıq olduğunu qeyd edib. Problemlərin xarakteri barədə dəqiq məlumat verilməsə də, bir çox istifadəçi xidmətin işləmədiyini və ya cavabların gecikdiyini bildirib.

Qeyd edək ki, "OpenAI" 2022-ci ildə "ChatGPT" xidmətini istifadəyə verib. Bu süni intellektə əsaslanan çatbot istifadəçilərlə dialoq şəklində ünsiyyət qura, suallara cavab verə, səhvlərini qəbul edə və uyğun olmayan sorğuları rədd edə bilir. Xidmətin imkanları həm ABŞ-də, həm də digər ölkələrdə, o cümlədən Rusiyada geniş marağa səbəb olub.

Hazırda "OpenAI"dən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Xəbər lenti

Xəbər lenti