...

Almaniya hökuməti 2025-ci il üçün iqtisadi artım proqnozunu sıfıra endirib

Dünya xəbərləri Materials 25 Aprel 2025 02:45 (UTC +04:00)
Almaniya hökuməti 2025-ci il üçün iqtisadi artım proqnozunu sıfıra endirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hökuməti 2025-ci il üzrə Ümumi Daxili Məhsul (ÜDM) artımı ilə bağlı proqnozunu yenidən aşağı salıb. Əvvəllər 0,3 faizlik artım gözlənilirdisə, yeni proqnozda ölkə iqtisadiyyatında durğunluq olacağı bildirilir.

Trend xəbər verir ki, bu barədə aprelin 24-də Berlində çıxışı zamanı Almaniyanın iqtisadiyyat naziri Robert Habek məlumat verib.

Nazir qeyd edib ki, Vaşinqtonun başlatdığı ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənliklər Almaniya iqtisadiyyatına mənfi təsir edir.

"Almaniya qlobal təchizat zəncirlərinə sıx inteqrasiya olunub və xarici ticarətə yüksək dərəcədə açıqdır. Bu səbəbdən ABŞ-ın tətbiq etdiyi yeni proteksionist tədbirlər ölkəmizin iqtisadi artımına birbaşa və dolayı yollarla ciddi təsir göstərə bilər", – deyə Habek vurğulayıb.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında Almaniya hökuməti 2025-ci ildə ÜDM-in 1,1 faiz artacağını proqnozlaşdırırdı. Lakin 2025-ci ilin əvvəlində bu göstərici əvvəlcə 0,3 faizə endirildi, indi isə artıq artım gözləntisi sıfıra enib.

Qeyd edək ki, Almaniyanın ÜDM-si son iki ildə ardıcıl olaraq azalma tendensiyası göstərib və bu, Avropanın ən böyük iqtisadiyyatına sahib ölkədə ciddi narahatlıq doğurur.

Xəbər lenti

Xəbər lenti