Bakı. Trend:
İspaniya La Liqasının 33-cü turu başa çatıb. Turun əsas oyunlarında Madridin “Atletiko” klubu və “Betis” qələbə qazanıb.
Trend xəbər verir ki, “Atletiko” öz meydanında “Rayo Valekano”nu 3:0 hesabı ilə məğlub edib. Dieqo Simeonenin yetirmələri üstün oyun nümayiş etdirərək turnir cədvəlindəki mövqelərini möhkəmləndiriblər.
Digər qarşılaşmada isə “Betis” autsayder “Valyadolid”ə 5:1 hesabı ilə qalib gəlib. Bu məğlubiyyət “Valyadolid”in mövsümün sonunda Sequndaya düşəcəyini rəsmiləşdirib.
21:00. "Leqanes" - "Jirona" - 1:1
21:00. "Osasuna" - Selta" - 1:0
23:30. "Betis" – "Valyadolid" - 5:1
23:30. "Atletiko" – "Rayo Valekano" - 3:0