Bakı. Trend:
İspaniya və "Barselona" klubunun keçmiş qapıçısı Viktor Valdes məşqçilik karyerasına yenidən start verib.
Trend xəbər verir ki, 43 yaşlı mütəxəssis İspaniyanın IV liqasında çıxış edən "Real Avila" klubunun baş məşqçisi təyin olunub.
Valdes yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Bu təyinatla o, dörd illik fasilədən sonra peşəkar futbola qayıdıb.
Qeyd edək ki, Viktor Valdesin son məşqçilik təcrübəsi 2020/21 mövsümündə rəhbərlik etdiyi "Hurta" klubuna aiddir. O, daha öncə də "Barselona"nın akademiyasında çalışıb və gənc futbolçuların yetişdirilməsində iştirak edib.