...

Macarıstan şirkəti kosmik sahədə yeni tərəfdaşlarla işləməyə hazırdır

İqtisadiyyat Materials 25 Aprel 2025 10:30 (UTC +04:00)
Macarıstan şirkəti kosmik sahədə yeni tərəfdaşlarla işləməyə hazırdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın "4iG Kosmik və Müdafiə Texnologiyaları" şirkəti kosmik sahədə yeni tərəfdaşlarla işləməyə hazırdır.

Trend xəbər verir ki, bu sözləri "4iG Kosmik və Müdafiə Texnologiyaları" şirkətinin strategiya üzrə meneceri Sebastiyan Misurak bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (Space Technology Conference (STC2025) deyib.

O, kosmik tədqiqatla bağlı çox iddialı bir proqramlarının olduğunu bildirib: “Özəl şirkətlər Şərqi və Mərkəzi Avropa regionunda kosmik sahədə mühüm işlərə imza ata bilər. Lakin biz tərəfdaşlar olmadan bütün fəaliyyəti həyata keçirə bilmərik. Ona görə də kosmik sahədə mövcud məsələlərə çox praqmatik yanaşmalıyıq. Biz artıq müəyyən şirkətlərlə əməkdaşlıq edirik və yeni tərəfdaşlarla işləməyi də planlaşdırırıq".

S.Misurak vurğulayıb ki, kosmos sahəsində birlikdə çətinliklərin öhdəsindən gəlmək mümkündür.

“Tərəfdaşlarımıza kosmik sahədə öz biliklərimizi ötürməyə və qarşılıqlı faydalı əməkdaşlıq qurmağa hazırıq. Son bir ildə müxtəlif ölkələrin təcrübəsindən, xüsusən də Polşa şirkətləri ilə qarşılıqlı əməkdaşlıqdan faydalanaraq biliklərimizi artırmışıq. Bu sahədə yeni tərəfdaşlarımız üçün təlimlər də keçməyə hazırıq", - deyə şirkətin nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti