...

Azərbaycanda fəaliyyət isiqamətlərimizi daha da genişləndirməyi planlaşdırırıq - "SkyCues"in nümayəndəsi

İqtisadiyyat Materials 25 Aprel 2025 14:35 (UTC +04:00)
Azərbaycanda fəaliyyət isiqamətlərimizi daha da genişləndirməyi planlaşdırırıq - "SkyCues"in nümayəndəsi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fəaliyyət isiqamətlərimizi daha da genişləndirməyi planlaşdırırıq.

Bunu bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransının (Space Technology Conference (STC2025) ikinci günü çərçivəsində Trend-ə açıqlamasında "SkyCues" şirkətinin nümayəndəsi İsrael Kehat deyib.

O, “Azərkosmos”la müqavilə bağladıqlarını xatırladıb və əməkdaşlıq imkanlarını daha da genişləndirəcəklərinə ümidvar olduğunu bildirib:

"Azərkosmos" bizim hazırladığımız texnologiyadan yararlanacaq. Azərbaycanda fəaliyyət istiqamətlərimiz, əslində, daha da geniş olacaq. Çünki “Azərkosmos” çox iş görür, ona görə də Türkiyə, Pakistan və başqa yerlərdə bizimlə işləyəcəklər. Biz onlara unikal bir yenilik gətirdik. "Google Maps" tətbiqində hər şey çox gözəl görünür, amma bu, 3 il əvvələ aiddir. Biz "Azərkosmos"a 3 gün əvvəl daha yeni həllər təqdim etmişik".

"Şirkətimiz tərəfindən Azərbaycana nə qədər investisiya yatırıldığını və ya yatırılacağını qeyd edə bilmərəm. Amma biz buraya çox tez-tez gəlməyi və yeni layihələr üzərində işləməyi planlaşdırırıq", - deyə şirkətin nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti