...

Premyer Liqa: XXXII tura Tovuzda start veriləcək

İdman Materials 25 Aprel 2025 10:10 (UTC +04:00)
Premyer Liqa: XXXII tura Tovuzda start veriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXXII tura bu gün start veriləcək.

Trend xəbər verir ki, günün yeganə matçı Tovuzda baş tutacaq.

"Turan Tovuz" doğma azarkeşləri önündə "Şamaxı" ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq. Meydan sahibləri 48 xalla dördüncü, qonaqlar 34 xalla yeddinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

IV dövrə, XXXII tur

25 aprel

19:00. “Turan Tovuz” – “Şamaxı”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Tovuz şəhər stadionu

Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti